Ermənistan Kamil Zeynallını niyə axtarışa verib?

Ermənistan Kamil Zeynallını niyə axtarışa verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış idmançı, fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb Ermənistan tərəfindən axtarışa verilməsidir. Ancaq hələlik idmançının dəqiq saxlanılma səbəbi məlum deyil.

Tribunainfo.az xəbər verir ki, Kamil Zeynallı 44 günlük müharibə ərəfəsindən Ermənistanın hədəfinə çevrilib. Onun tez-tez müharibə zonasına getməsi, əsgərlərlə çəkdirdiyi şəkillər və paylaşımları onu hədəf obyektinə çevirmişdi.
Hətta tez-tez cəbhə bölgəsinə yollanan və oradan kadrlar yayımlayan idmançının öldürülməsi ilə bağlı ermənilər Telegram kanallarında mesajlar da paylaşırdılar.
44 günlük müharibə ərəfəsində xarici ölkələrdə ermənilərin azərbaycanlılara qarşı hücumları başlamışdı. Kamil Zeynallının çağırışından sonra ermənilərə qarşı müəyyən addımlar atılmışdı. Məhz bu kimi hadisələrdən sonra ermənilərin azərbaycanlı idmançıya nifrəti hədsiz dərəcədə artdı.
Ermənilər paylaşımlarında bildirirdilər ki, azərbaycanlı idmançının öldürülməsi üçün hərəkətə keçmək lazımdı. Hətta K.Zeynallının bundan əvvəlki Rusiya səfərlərində erməni sosial şəbəkə istifadəçiləri dinc dayanmır, hərəkətə keçmək laızm olduğunu bildirirdilər.
Bununla bağlı idmançı özü iki il öncə sosial şəbəkə hesabında məlumat da paylaşmışdı:
“Mənim Rusiyaya gedib-gəlməyim düşmən Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə xoş qarşılanmayıb, acıqlarına gəlib. Bunlar hələ də məni izləyirlər, ermənilərin mənə qarşı təxribatı hələ də bitməyib. Məni öldürmək və sui-qəsd etmək fikrindədirlər. Öz vətəndaşlarına harada olduğumu yazır və yerimi bildirirlər ki, gəlib mənə nəsə etsinlər”.

Nigar