Ermənistan-İran arasında QIRĞIN başlanacaq – Rəybackend

Ermənistan-İran arasında QIRĞIN başlanacaq – Rəy

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Paşinyanın ürəyindən nələr keçdiyini yaxşı bilir. Həm də onun hara getmək niyyətindən xəbərdardır”. Tribunainfo.az xəbər verir ki, bunu Tehranda fəaliyyət göstərən ermənilərin “Ai Dat” Komitəsinin sədri İsak Yunanesyan deyib.
O bildirib ki, İran dəfələrlə Ermənistana yardım edərək, onu səhv yoldan çəkindirməyə çalışsa da, Paşinyan Tehrandan uzadılmış əli havada saxlayıb. “Müharibə zamanı Ermənistanın iki dəfə Putinin müharibəni dayandırmaq təklifini rədd etməsi barədə çox danışılıb. Amma deməliyəm ki, İran o vaxt xarici işlər nazirinin müavini olmuş Abbas Əraqçi vasitəsilə Ermənistana sülh əlini uzatdı, Ermənistan da bunu rədd etdi”.
Yunanesyan vurğulayıb ki, Ermənistanın İranla hazırkı münasibətləri formal xarakter daşıyır. “Bu gün Qərbdəki sahibləri İran-Ermənistan münasibətlərinin möhkəmlənməsinə mane olurlar”.
O qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətləri necə pozubsa, İranla da münasibətləri korlayacaq. “Sadəcə, sərhəd ölkə olduğundan İrəvan bir qədər ehtiyatlı davranacaq. Amma ümumilikdə siyasət İrandan uzaqlaşmaqdır”.