Ermənistan Hindistanla silah məsələsində yenidən anlaşıb

Ermənistan Hindistanla silah məsələsində yenidən anlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın müdafiə naziri Racnath Singh Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb. Tribunainfo.az xəbər verir ki, hindli nazir görüşün məhsuldar keçdiyini bildirib.

Singh qeyd edib ki, tərəflər əməkdaşlığı dərinləşdirmək qərarına gəlib.

Hindistan mediası isə xəbər yayıb ki, Ermənistan Dehlidən yeni silahlar almaq üçün uzun zamandır danışıqlar aparırmış. Nazirlərin görüşündə qərara alınıb ki, İrəvanın istədiyi silahlar onlara təhvil verilsin.

Media bu anlaşmanın dəyəri barədə məlumat verməyib. Lakin bu razılaşmanın əvvəlkindən daha bahalı olduğunu qeyd ediblər.

Bildirək ki, 44 günlük müharibədən sonra Ermənistan Hindistandan bir sıra silahlar almağa başlayıb. Əsasən artlleriya və PUA əleyhinə radar sistemlərindən ibarət olan bu anlaşmanın 200 milyon dollar dəyəri olduğu vurğulanır. Yeni anlaşma isə Hindistanın istehsal etdiyi ballistik raketlərlə əlaqəli ola bilər. Ekspertlər bildirirlər ki, Yeni Dehlinin istehsalı olan bu raketlərin vurma məsafəsi 500 km-ə yaxındır.