Ermənistan və Hindistan təkcə silah sahəsində deyil, həmçinin kəşfiyyat sektorunda da birgə əməkdaşlıq barədə razılıq əldə ediblər. Tribunainfo.az xəbər verir ki, bu məlumat “Observer Research Foundation” nəşrində dərc edilib.
Həmin məlumatda bildirilir ki, Dehli İrəvanla birgə kəşfiyyat işləri görmək, gələcəkdə, prosesi daha geniş sahələrə daşımağı hədəfləyir. “Bu gün Türkiyə və Pakistanla birlikdə Azərbaycan da daxil olmaqla bir sıra iri layihələr həyata keçirirlər. KAAN təyyarələrinin hazırlanması onlardan biridir. Bundan başqa, bu üç ölkə kəşfiyyat məlumatlarının bölüşdürlməsini də həyata keçirirlər. Belə olan halda Hindistan və Ermənistanda analoji işlərdə ortaq ola bilərlər”.