Ermənistan Hindistandan 8-12 ədəd SU-30MKİ qırıcı təyyarəsi almağa hazırlaşır. Tribunainfo.az xəbər verir ki, bu barədə “Avions Legendaires” saytı məlumat yayıb.
Məlumatda deyilir ki, İrəvanın bununla bağlı addım atmasına səbəb Rusiyanın həmin təyyarələri 5 ildir Ermənistana verməməsidir. Xəbərdə qeyd edilir ki, bu səbəbdən İrəvan Moskva ilə bağladığı müqaviləni ləğv etmək qərarına gəlib və Dehli ilə anlaşmağa çalışır. Bununla bağlı Hindistanın HAL şirkəti ilə danışıqlara başlayıb.