Ermənistan hərbi hissələrə giriş-çıxışı qadağan etdi

Ermənistan hərbi hissələrə giriş-çıxışı qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyi tabeliyində olan hərbi hissələrə giriş və çıxışı qadağan edib. Tribunainfo.az xəbər verir ki, bu barədə nazirlik bu gün məlumat yayıb.
Məlumatda deyilir ki, bu addım əlverişsiz hava şəraiti, eləcə də şəxsi heyət arasında kəskin respirator infeksiyaların nüfuz etməsi və yayılmasının qarşısının alınması məqsədilə atılıb. Bundan başqa, zabit və əsgər heyətinin ailə üzvləri ilə görüşü və məzuniyyətləd müvəqqəti olaraq ləğv edilib.
Qeyd edək ki, Ermənistan tərəfinin “xəstəlik” məsələsini bəhanə də edə bilər. Çünki son zamanlar İrəvan sərhədyanı ərazilərdə bir qədər fəallşıb. Bu fəallaşmanın konkret olaraq səbəbi bəlli olmasa da, ehtimal budur ki, düşmən Azərbaycana qarşı istənilən vaxt təxribat törədə bilər.
Son zamanlar sərhəddə atəşkəsin mütəmadi olaraq pozulma halları da bu ehtimalın güclü olmasını deməyə əsas verir.