“ERMƏNİSTAN HEÇ VAXT DƏHLİZLƏ RAZILAŞMAYACAQ” – ERMƏNİ NAZİR

“ERMƏNİSTAN HEÇ VAXT DƏHLİZLƏ RAZILAŞMAYACAQ” – ERMƏNİ NAZİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan tərəflərin suverenliyi və yurisdiksiyası prinsipləri əsasında Azərbaycanla regional kommunikasiyaların açılmasının tərəfdarı olmaqda davam edir.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan müsahibəsidə bildirib ki, Ermənistan heç vaxt heç bir ekstraterritorial dəhliz verməyə razı olmayıb və olmayacaq, regional kommunikasiyalar tərəflərin suverenliyi, yurisdiksiyası və qarşılıqlılığı prinsipləri əsasında blokdan çıxarılmalıdır.

Departament rəhbəri xatırladıb ki, İrəvanın mövqeyi dəyişməz olaraq qalır.

“Bu il iyulun 15-də Brüsseldə keçirilən Ermənistan və Azərbaycan liderlərinin son görüşündə aşağıdakı razılaşmalar təsdiqlənib: Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü müvafiq olaraq 29,8 və 86,6 min kvadratkilometr ərazi ilə tanıyırlar. Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılacaq. Regional kommunikasiyalar tərəflərin suverenliyi, yurisdiksiyası və qarşılıqlılığı prinsipləri əsasında blokdan çıxarılmalıdır”, – deyə Sanosyan əlavə edib.