ERMƏNİSTAN: “HEÇ BİR ƏRAZİ İDDİAMIZ YOXDUR, SÜLH MÜQAVİLƏSİ BAĞLAMAĞA HAZIRIQ”backend

ERMƏNİSTAN: “HEÇ BİR ƏRAZİ İDDİAMIZ YOXDUR, SÜLH MÜQAVİLƏSİ BAĞLAMAĞA HAZIRIQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Respublikasının Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və biz sülh müqaviləsi bağlamağa hazırıq”.

Tribunainfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Alen Simonyan bu barədə Türkiyədə jurnalistlərlə keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bir neçə rekord vurmaq istədiyini vurğulayıb.

“Biz regionun kommersiya baxımından açılmasında problem görmürük. Təbii ki, ER qanunvericiliyi və suverenliyi nəzərə alınmaqla Azərbaycandan Naxçıvana, eləcə də Türkiyəyə mallar və insanlar sərbəst şəkildə gedə bilər”, – deyə MŞ sədri bildirib.

Sərhəddə qoşunların olmasına toxunan Simonyan qeyd edib ki, “Biz həmişə Azərbaycana sərhəddəki bütün qoşunları geri çəkməyi təklif etmişik. İnanıram ki, bu bölgədə sülhün bərqərar olması Türkiyəsiz mümkün deyil və ümid edirik ki, Türkiyə bu bölgədə sülhün bərqərar olması üçün fəal addımlar atacaq”.