Ermənistan hansı razılaşmanı pozub? –Keçmiş baş nazir detalları açıqladıbackend

Ermənistan hansı razılaşmanı pozub? –Keçmiş baş nazir detalları açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lavrov və Zaxarovanın bəyanatlarından hər şey aydındır. Onlar Zəngəzur dəhlizinin açılmasını və rusların onu qorumasını istəyir”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.

O, Ermənistan, Rusiya və Azərbaycan arasında keçən il mühüm bir sənədin imzalandığını da iddia edib. “2 iyun 2023-cü il razılaşmasına əsasən Azərbaycan yükləri Ermənistanda gömrük və sərhəd nəzarətindən keçdikdən sonra, rusların müşayəti ilə Naxşıvana daşınmalıdır. İndi Ermənistan həmin razılaşmanı sabotaj edir”.

Baqratyan deyir ki, həmin razılaşmanın pozulmasından sonra Azərbaycanın fərqli mövqe nümayiş etdirməsi başadüşüləndir. “Bu prosesi Qərb pozdu. Obrayenin açıqlamaları da təsdiqlədi ki, İrəvan hökuməti onların sözü ilə oturub durur. Çünki Qərb rusların və iranlıların bu yola nəzarət etməsini istəmir”.

Keçmiş baş nazir qeyd edir ki, bu gün Azərbaycanın “Zəngəzur dəhlizi Orta Dəhliz olmalıdır” deməsi həmin razılaşmanın pozulmasının təzahürləridir. “Azərbaycan vəziyyəti görərək, Zəngəzur məsələsini sülh danışıqlarından çıxardı. İndi tələbi həmin dəhlizin Orta Dəhlizin bir hissəsi olması şəklində qoyur. Ermənistan hökuməti isə ölkənin təhlükəsizliyi və bütövlüyü problemini həll etmək yerinə, Qərbi razı salmağa çalışır”.