Ermənistan hakimiyyəti yeni polis strukturu yaradır

Ermənistan hakimiyyəti yeni polis strukturu yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Ermənistan Daxili İşlər Nazirliyində aparılan islahatlar çərçivəsində polis mühafizəsinin formalaşdırılması istiqamətində genişmiqyaslı hazırlıq işləri aparılıb.

Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, Avropa Şurası tərəfindən cəlb edilmiş ekspertlərin iştirakı ilə polis mühafizəsinin formalaşdırılması konsepsiyası işlənib hazırlanmış və Daxili İşlər Naziri tərəfindən təsdiq edilmiş, bunun ardınca “Polis haqqında” yeni qanuna dəyişiklik edilməsi üçün layihələr paketi hazırlanmışdır.

Yeni yaranan xidmətin fəaliyyət istiqamətləri ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, dövlət binalarının və mühüm obyektlərin təhlükəsizliyinin təmin edilməsi, xüsusi dövlət mühafizəsinə məruz qalan şəxslərin təhlükəsizliyinin təmin edilməsinə köməklik, hüquqi rejimin təmin edilməsində iştirak olacaq.