“Ermənistan Respublikası hökuməti ilə İran İslam Respublikası arasında problem var və bu, göz qabağındadır”. Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, “Ermənistan-İran münasibətlərindəki əngəllər üçüncü ölkələrdən asılı deyil, onların əksəriyyəti ER hakimiyyəti ilə bağlıdır. Problemlər konkret hakimiyyətdədir, nə ölkədə, nə də erməni xalqında”.
Bunu siyasətçi Suren Petrosyan bu gün, mayın 23-də jurnalistlərlə söhbətində deyib.
“Bu strateji əhəmiyyətli məsələdir, çünki İran İslam Respublikası bizim üçün dost ölkədir, son dərəcə mühüm tərəfdaşdır, strateji əhəmiyyət kəsb edən dövlətdir. Bu problemlər bir gün əvvəl aradan qaldırılmalıdır, amma bizdə adekvat hökumət olanda, əslində dövlətin nə olduğunu, dövlətin strateji marağının nə olduğunu biləndə həll oluna bilər”.