Ermənistan Fransadan 274 milyon avroluq silah alıb

Ermənistan Fransadan 274 milyon avroluq silah alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabata əsasən, Ermənistan Fransa ilə 2023-2024-cü illərdə 274 milyon avro dəyərində silah tədarükü müqavilələri imzalayıb.

Tribunainfo.az xəbər verir ki, nazirlik sənəddə qeyd edir ki, müdafiə sahəsində əməkdaşlığın şaxələndirilməsi çərçivəsində Ermənistan hərbi potensialını gücləndirmək və əhalinin təhlükəsizliyini təmin etmək üçün Fransaya müraciət etmək qərarına gəlib.
“Yeni texnikanın ixracı, hərbi təlimlərin keçirilməsi və birgə əməliyyatlar müstəsna olaraq müdafiə xarakteri daşıyır. 2023-cü ildə İrəvanda Fransanın müdafiə missiyasının yaradılması erməni tərəfdaşlarla daha sıx əlaqələr qurmağa və əməkdaşlığın ən yaxşı formatlarını müəyyən etməyə imkan verir”, – hesabatda deyilir.
Lakin hansı silahların alınması barədə məlumat verilməyib.

Fərda Uğur