Ermənistan parlamentində yeni qəbul edilmiş hərbi xidmət haqqında qanundan sonra yeni bir məsələ ortaya çıxıb.
Tribunainfo.az xəbər verir ki, hərbi xidmət müddətini 2 ildən, 18 aya endirən İrəvan hökuməti bununla orduda islahata başladığını bəyan edib.
Yeni qanuna əsasən hərbi xidmət keçmək istəməyən şəxslər də akternativ xidmətdən istifadə edə biləcəklər. Bu zaman onlar külli miqdarda pul ödəyərək, xidmət keçməyə biləcəklər.
Dünən isə məlum olub ki, Ermənistan hökuməti daha bir addım atmağa hazırlaşır. Belə ki, rəsmi İrəvan ordusunun sayını azaltmaq qərarına gəlib. “Jamanak” qəzetinin yazdığına görə, yaxın bir neçə ildə Ermənistan ordusu 10 min nəfər azaldılacaq.
Fərda Uğur










