Ermənistan əsgərimizi hansı şərtlə qaytardı? – Ekspertbackend

Ermənistan əsgərimizi hansı şərtlə qaytardı? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ermənistanı əsgərimizi qaytarmağa məcbur edən addım atıb. Çünki İrəvanın barəsində cinayət işi açılacağını dediyi əsgərimiz bir neçə gün ərzində geri çəkilməyə məcbur olması səbəbsiz deyil.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, İrəvan əsgərimizdən Bakıda həbsdə olan ermənilərin alınması üçün istifadə edəcəyi gözlənilirdi:

“Əsgərimizin bir neçə maddə üzrə ittiham ediləcəyi haqda məlumat da buna hesablanmışdı. Lakin cinayət işi açmaqdan imtina etdilər və əsgərimizin təhvil verilməsini “xoşməramlı jest” adlandırdılar.

 


Bunun “xoşməramlı jest”lə əlaqəsinin olnmadığı bəllidir, xüsusilə sonuncu dəfə iki əsgərimizə qarşı 32 ermənini almaları fonunda. Bu baxımdan, Ermənistanın “fürsəti fövtə verməsi”nin başqa səbəbləri ola bilər.

Mümkündür ki, Azərbaycan Ermənistanı əsgərimizi qaytarmağa məcbur edən addım atıb, bunun nədən ibarət olduğunu bəlli deyil, yaxud ehtimal irəli sürmək üçün istinad nöqtəsi yoxdur, amma Pənəhova cinayət işi açılacağını deyən İrəvanı bir neçə gün ərzində geri çəkilməyə məcbur edən səbəb ciddi olmalıdır”.

Nigar