Ermənistanın İctimai Telviziyasının girişində Bakı və Ankaranın vaxtlarını göstərən saatlar quraşdırılıb. Tribunainfo.az xəbər verir ki, saatların üzərində Bakı və Ankara sözləri qeyd ediblib.
Bu hadisə Ermənistanda ciddi qalmaqala səbəb olub. Belə ki, erməni mediası bunu “Ermənistanın Azərbaycana satılması” kimi təqdim edib.
Lakin İTV-nin rəhbəri, vaxtıyla “Azadlıq Radiosu”nda çalışmış Armen Koloyan deyib ki, burada qeyri-adi heç nə yoxdur. Onun sözlərinə görə, ermənilər hər nə qədər inkar etsələr də, dünyada paytaxtı Bakı şəhəri olan Azərbaycan və paytaxtı Ankara olan Türkiyə adlı dövlətlər var. “Bunu inkar etmək dəlilikdir. Bu ölkələr var, onların paytaxtları da mövcuddur. Mən üzərində Bakı yazılmış və Bakının vaxtını göstərən saatları divardan çıxarmayacam”.