Ermənistan Müdafiə Nazirliyi dünən təcili toplantı çağıraraq, kollegiya iclası keçirib. Tribunainfo.az xəbər verir ki, Ermənistan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi, general-leytenant Edvard Asryanın rəhbərliyi ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə olunub.
Onlardan ən başlıcası isə Ermənistan ordusunun döyüş qabiliyyətinin artırılması məsələsi olub.