Ermənistan dönük çıxdı: Putin belə cəzalandıracaq…backend

Ermənistan dönük çıxdı: Putin belə cəzalandıracaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Zvartnots aeroportundan rus sərhədçiləri çıxarması üçün Moskvaya məktub göndərib. İrəvan hesab edir ki, öz sərhədçiləri hava limanında xidmət göstərməlidir. Rusiya XİN hədə ilə çıxış edib ki, Ermənistan Ukrayna yolu gedir. Artıq gərginlik kritik həddə çatır. Tribunainfo.az-a danışan siyasi şərhçilər Kremlin Paşinyana ağır cavabı olacağını güman edirlər. Onların fikrincə, müşahidələr Rusiya-Ermənistan münasibətlərində qırılma nöqtəsi olduğunu deməyə əsas verir. Təhlilçilərə görə, Putin Paşinyanı cəzalandırmaq üçün yeni təzyiq vasitələrini işə sala bilər. Rusiya iqtisadi və siyasi təzyiqlərlə yanaşı başqa metodlara da əl atacaq. Çünki rus sərhədçilərini öıköfən çıxarmaq Moskvaya “əlcək atmaq” və dönüklük etməkdir.