“Ermənistan diplomatiyası 2007-ci ildən Azərbaycana uduzur”

“Ermənistan diplomatiyası 2007-ci ildən Azərbaycana uduzur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan diplomatiyası hələ 2007-ci ildən Azərbaycana uduzub”. Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

O bildirib ki, Azərbaycanın enerji layihələrindən əldə etdiyi neft dollarları və hərbi xərclərin kəskin və davamlı artması səbəbindən erməni diplomatiyası məğlub olub. “Onlar nəinki qırmızı xətləri qoruyub saxlaya bildi, həm də 2007-ci ilin sonunda ortaya çıxan Madrid nizamlanması təklifinə əsaslanaraq, parlamentin təsdiq etdiyi ən ermənipərəst variantı belə reallaşdıra bilmədilər”.