Erməni deputat Tadevos Avetisyan ölkəsində demoqrafik vəziyyətin acınacaqlı olduğunu bildirib.
Tribunainfo.az xəbər verir ki, o, böhranın bir addımlığında olduqlarını vurğulayıb.
Avetisyan bildirib ki, hazırda Ermənistanda doğumla ölüm arasında fərq 9 faiz təşkil edir. “Doğulanların sayı təxminən 1400 və ya 6,3 faiz azalaraq 20 437 nəfər olub. Ölənlərin sayı təxminən 140 və ya 0,8 faiz artaraq 17 210 nəfərə çatıb”.
Fərda Uğur