Ermənistan daha 5 kəndi boşaltmağa hazırlaşır: “Naxçıvana gedən yol hazırdır”backend

Ermənistan daha 5 kəndi boşaltmağa hazırlaşır: “Naxçıvana gedən yol hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi məlumatlara görə, Anqeqakotdan keçən yol Naxçıvan sərhədinə qədər artıq hazırdır”. Tribunainfo.az xəbər verir ki, bunu Gorusdakı erməni kilsəsinin keşişi Aharon Melkumyan deyib.

O bildirib ki, yolboyu bütün dayanacaqların hamısını Azərbaycan tərəfi inşa edib. Üstəlik, yolun təhlükəsizliyini təmin etmək üçün 5 kəndin köçürülməsinə başlanılacaq. “Məlumata görə, yolboyu 5 km-lik buffer zonanın yaradılması üçün həmin ərazidəki 5 kənd böşaldılmalı, başqa yerə köçürülməlidir. Naxçıvana gedən yol isə asfaltlanıb, hazırdır”.

Qeyd edək ki, bu məlumat nə İrəvan rəsmiləri, nə də digər mənbələrdən hələ ki, təsdiqlənmir. Amma Azərbaycan Naxçıvanla yolun açılmasında maraqlıdır və bunun üçün Ermənistanla mütəmadi olaraq danışıqlarda məsələ qaldırır. Mümkündür ki, Paşinyan hökuməti yerli ermənilərin daha da qəzəblənməməsi üçün prosesi başqa ad altında və qapalı şəkildə həyata keçirir.