Ermənistan COP29 ərəfəsində təxribat törədə bilərmi? – AÇIQLAMAbackend

Ermənistan COP29 ərəfəsində təxribat törədə bilərmi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcək.

Ermənistanın bu tədbirə qatılıb-qatılmayacağı hələ də bəlli deyil.

Belə bir möhtəbər tədbirin ölkəmizdə keçirilməsinə paxıllıq edən Ermənistan tədbirin keçiriləcəyi ərəfədə təxribat törədə bilərmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Ermənistan tək COP29 ərəfəsində yox, İkinci Qarabağ müharibəsi bitdikdən sonra bu günə qədər də müxtəlif dönəmlərdə müxtəlif təxribatlar törədib. Bizim ordunun şəhid verməsi ilə də nəticələnən təxribatlar olub. Terror əməliyyatları da təxribatlardan sonra oldu.

“Hətta biz Qarabağda antiterror əməliyyatı etdikdən sonra artıq sülh danışıqları prosesi başladıqdan sonra da Ermənistan həm hərbi həm də siyasi təxribatlar etməklə məşğul oldu.

İndi hazırda da COP29 ərəfəsində, beynəlxalq aləmdə Azərbaycanın diqqət mərkəzində olduğu bir məqamda təbii ki, Ermənistan müxtəlif təxribatlar törədib Azərbaycanı həm siyasi həm də mədəni baxımdan neqativ göstərməyə çalışa bilər. Hətta sərhəd boyu bəzi hərbi təxribatlar törədilə bilər. Bu gözləniləndir. Amma mən düşünürəm ki, əsasən siyasi-diplomatik təxribatlar ola bilər. Konqresdə 60 konqresmenin müraciəti də erməni təxribatıdır. COP29 yaxınlaşdıqca müxtəlif ölkələrdəki erməni lobbisi fəaliyyətə keçəcək və Azərbaycan,əleyhinə yazılar, çıxışlar, dəyirmi masalar təşkil olunacaq. Guya Azərbaycanda insan haqlarını düşünürmüş kimi bəyanatlar veriləcək. Azərbaycan buna hazır olmalıdır.

Eyni zamanda Azərbaycan dezinformasiya ilə mübarizəyə də hazır olmalıdır. Çünki ermənilər nəyi bacarmasalar da bu işi yaxşı bacarırlar. Hətta mən gözləyirəm ki, hansısa bir bəhanə ilə Ermənistan COP29 zamanı ölkələrin gəlməməyinə də çağırış edə bilər. Azərbaycan həm diplomatiyası həm ordusu həm xalqı həm dövləti olaraq biz bu təxribatlara hazır olmalıyıq və layiqli cavabı verməliyik. Ermənilərdən normal qonşuluq münasibətləri gözləmək düşünürəm ki, hələ tezdir”.

 

Dəniz Pənahova