“Ermənistan bunun nəticələri ilə üzləşəcək” – Ərdoğanbackend

“Ermənistan bunun nəticələri ilə üzləşəcək” – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən sonra baş verən Ermənistanın təxribatları qəbuledilməzdir”.
TİA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gənclər və İdman Nazirliyinin yeni yataqxanalar kompleksinin açılış mərasimində çıxış edərkən deyib.
“Dünya bizim azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bilməlidir. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bunun nəticələri ilə üzləşəcək” – deyə Ərdoğan vurğulayıb.
Ölkə başçısı bir daha şəhidlərimizə rəhmət diləyib, başda İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına başsağlığı verib.