backend

Ermənistan bu şansı itirməməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan-Azərbaycan Sülh Platforması” həm Ermənistan, həm də Azərbaycanın hüquq-müdafiə, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən irəli sürülən çox unikal bir platformadır. 

“Ermənistan-Azərbaycan Sülh Platforması” həm Ermənistan, həm də Azərbaycanın hüquq-müdafiə, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən irəli sürülən çox unikal bir platformadır.

Bunu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili, ATƏT PA vitse-prezidenti Azay Quliyev deyib. O bildirib ki, Qarabağ münaqişəsinin yaranandan indiyədək ilk dəfədir Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri belə bir platformanın yaradılmasına qərar veriblər. Deputatın sözlərinə görə, bu platforma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllini məqsəd kimi qarşıya qoyub.

A. Quliyev qeyd edib ki, xalq diplomatiyasından fərqli olaraq bu platformada açıq, dəqiq prinsiplər müəyyənləşdirilir: “Platforma problemin həlli ilə bağlı konkret mövqe ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə qeyri-şərtsiz yerinə yetirilməli, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğaldan azad olunmalı və məcburi köçkünlər həmin ərazilərə qaytarılmalıdır. İkinci mərhələdə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində Dağlıq Qarabağın hüquqi-statusu müəyyənləşdirilməlidir. Başqa sözlə desək, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar respublika statusu verilməlidir. Üçüncü mühüm prinsip isə ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlı və ermənilərin təhlükəsizliyinə tam şəkildə təminat verilməlidir”.

A. Quliyev əlavə edib ki, bunlar bu gün sülh üçün yeganə prinsiplərdir. “İlk dəfə azərbaycanlılar və ermənilərin uzun müddət davam edən bu münaqişəyə son qoymaq üçün belə bir vətəndaş mövqeyini ortaya qoyması çox sevindirici haldır. Hesab edirəm ki, Ermənistanın siyasi və hərbi hakimiyyəti bunu eşitməlidir, beynəlxalq təşkilatlar, xarici diplomatlar və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri vətəndaş cəmiyyətinin səsinə diqqət yetirməli və bunu nəzərə almalıdır. Bu, həm də uzun müddət beynəlxalq təşkilatlar tərəfindən tələb olunan sülhyaratma missiyasına çox gözəl bir töhfədir. Bu nümunəni Azərbaycan və Ermənistan düzgün qiymətləndirməli və şansı itirməməlidir”.(APA)