ERMƏNİSTAN BMT QAPILARINDAN ƏL ÇƏKMİRbackend

ERMƏNİSTAN BMT QAPILARINDAN ƏL ÇƏKMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqıda konvensiya”nı pozması və erməni xalqına qarşı irqçi siyasət aparmasına dair uydurma iddasına hələ mahiyyət üzrə baxmayıb. Hələlik Ermənistanın müvəqqəti tədbirlərə dair vəsatətlərinə baxılır.

Tribunainfo.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov yazıb. O bildirib ki, sonuncu 5-ci vəsatət idi. Hələ 10-15 vəsatət də ola bilər:

“Həm Ermənistan, həm də Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna ipso-fakto qoşulsa da heç biri məhkəmənin yurisdiksiyasını qəbul etməyə dair bəyanat verməyib. Ermənistan (eləcə də Azərbaycan) BƏM-ə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında konvensiya”nın 22-ci maddəsini əsas götürərək qarşılıqlı idda veriblər”.