Ermənistan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə Azərbaycanla bağlı 6000 səhifəlik şikayət verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə danışan hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, Azərbaycan tərəfindən BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanı pozması iddası ilə verilən şikayətə hələ mahiyyət üzrə baxılmayıb:
“Artıq müvəqqəti və təxirəsalınmaz tədbirlərlə bağlı 5-ci vəsadətini təqdim edib. Vəkilləri də var. O vəkillərə verdiyi pulla xeyli abadlıq işi görə bilərdilər. Sonuncu vəsadətdə 10 tələb var. Bir tələb də odur ki, Azərbaycan 19 sentyabrda “işğal” etdiyi “Dağlıq Qarabaq” ərazisindən ordu və hüquq-mühafizə orqanı əməkdaşlarını dərhal çıxarmalıdır. Məhkəmə bununla bağlı nə qərar qəbul edəcək görəsən? Görünən odur ki, Ermənistan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsini çərlədəcək”.