Ermənistan: Biz ümid edirik ki, sülh müqaviləsi imzalanana qədər…backend

Ermənistan: Biz ümid edirik ki, sülh müqaviləsi imzalanana qədər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Aİ-nin mülki müşahidəçi missiyasına və bu missiyanı bura göndərən ölkələrə minnətdarıq. Ümid edirik ki, müşahidəçilər ən azı sülh müqaviləsi imzalanana qədər burada olacaqlar”.

Tribunainfo.az “News.am”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Parlament sədri, Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan oktyabrın 23-də parlamentdə jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, tez-tez belə olurdu ki, Azərbaycan Ermənistan tərəfinin qoşun yeritdiyini və ya hücuma hazırlaşdığını bildirib.

“Bu zaman avropalı müşahidəçilər gəlib bunun belə olmadığını qeyd edirdilər. Baxacağıq, bəlkə sonradan buna ehtiyac qalmayacaq”, – Simonyan əlavə edib.

Dəniz Pənahova