“Ermənistan bazarı Azərbaycan üçün maraqlı deyil”  – Ekspertbackend

“Ermənistan bazarı Azərbaycan üçün maraqlı deyil” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistana qaz ixracı Azərbaycan üçün iqtisadi cəhətdən əlverişli deyil”.

Tribunainfo.az xəbər verir ki, bu sözlərin enerji təhlükəsizliyi üzrə ekspert Armen Manvelyan deyib.
Onun sözlərinə görə, indiki məqamda Azərbaycanın Ermənistana qaz satması da mümkün deyil: “Çünki Azərbaycanın əlavə bazarlara ixrac etmək üçün artıq qazı yoxdur. Üstəlik, onun üzərinə qazın artıq verildiyi bazarlara (Türkiyə və Avropa İttifaqı) mavi yanacağın ixracını artırmaq vəzifəsi düşür”.
Manvelyan qeyd edib ki, Azərbaycan hazırda 30 milyard kubmetr qazın 22 milyard kubmetrini ixrac edib. “Qalan həcmlər daxili bazarda istehlak olunur. Daha 1 milyard kubmetr isə Rusiyadan idxal edilir. Bu fonda onlar da ixrac imkanlarını ikiqat artırmalıdırlar”.
Erməni ekspert onu da deyib ki, qaz tranzit ölkəsi kimi Ermənistan da çətin ki, Azərbaycanı maraqlandırsın. “Çünki yenə də əlavə bazarlara ixrac etmək üçün lazımi imkanlara malik deyil”.