“ERMƏNİSTAN AZƏRBAYCANLA SÜLH PROSESİNƏ SADİQDİR” – PAŞİNYANIN SAMMİTDƏ ÇIXIŞI

“ERMƏNİSTAN AZƏRBAYCANLA SÜLH PROSESİNƏ SADİQDİR” – PAŞİNYANIN SAMMİTDƏ ÇIXIŞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə onlayn rejimdə keçirilən ikinci Demokratiya Sammitində çıxış edib.

Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri çıxışında bildirib.

“Demokratiya naminə İkinci Sammitdə Ermənistan Respublikası adından çıxış etmək mənim üçün böyük şərəfdir.

Qlobal və regional çağırışlara baxmayaraq, Ermənistan ardıcıl olaraq demokratik islahatlar proqramının həyata keçirilməsini davam etdirir.

Hələ sentyabr ayında biz demokratik ölkələrin birliyini və Ermənistana təcavüzü açıq şəkildə pislədiklərini hiss edirdik. Fürsətdən istifadə edərək, növbəti işğalın qarşısını almaq üçün diplomatik vasitələrlə bizə kömək edən ABŞ-a və digər tərəfdaşlara minnətdarlığımızı bildirmək istərdim.

Ermənistan bütün dünyada insan hüquqlarının pozulmasını qətiyyətlə pisləyir və biz birlikdə soyqırımların, etnik təmizləmələrin və vəhşiliklərin qarşısını almaq üçün çox işlər görməliyik. Bu gün Dağlıq Qarabağdakı ermənilərlə baş verənlər, Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınması və bunun nəticəsində baş verən humanitar böhran, şübhəsiz ki, Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləmə cəhdidir. Biz isə buna göz yuma bilmərik. Eyni zamanda, bir daha bildirirəm ki, Ermənistan Azərbaycanla sülh prosesinə sadiq qalır. Biz əminik ki, regionun dinc inkişafının alternativi yoxdur və demokratik dəyərlərə sadiqlik sülhə gedən yolu tapmağa kömək edəcək”.

Qeyd edək ki, Paşinyan çıxışı zamanı Azərbaycanı təcavüzkar adlandıraraq, “Azərbaycanın Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinə qarşı təcavüzü ilə üzləşməli olduq ki, bu da suveren ərazimizin bir hissəsinin işğalına səbəb oldu”, – ifadələrini işlədib.