Ermənistan hərbi büdcəsini artırmaq fikrini dəyişə bilər.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatları açıqlamalarında deyiblər.
Belə ki, hazırda 1.7 milyard dollar olan hərbi büdcənin bundan da çox olması üçün hər hansı zərurət olmadığını qeyd edirlər. Ermənistan müdafiə nazirinin müavini Hraçya Sarkisyan qeyd edib ki, hazırkı büdcə ordunun saxlanılması və yenidən qurulması üçün kifayətdir. O, Ermənistanın hərbi xərclərinin Azərbaycanınkı qədər olmasını və ya bu həddə çatdırılmasını absurd və mənasız iş adlanddırıb. “Ola bilməz ki, büdcəmizi o qədər artıraq ki, Azərbaycanın hərbi büdcəsinə çataq. Buna bizim imkanımız yoxdur. Eyni zamanda, bunu gərək də yoxdur”.
Hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Vaaqn Aleksanyan isə bildirib ki, hazırkı büdcə ilə Azərbaycana qarşı duruş gətirə bilən ordu yaratmaq mümkündür. Eyni zamanda, o, Azərbaycanla əldə olunmuş sülh razılaşmasından sonra hərbi büdcənin artırılmasını gərək olmadığını deyib. “Sülh müqaviləsi paraflanandan sonra hərbi büdcənin kəskin artırılmasına ehtiyac yoxdur”.
Fərda Uğur