Rəsmi İrəvan Bakının göstərdiyi təzyiqlərdən sonra həlak olan Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşinin qaytarmaq niyyətindədir. Rəsmi İrəvan Bakının göstərdiyi təzyiqlərdən sonra həlak olan Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşinin qaytarmaq niyyətindədir.
TİA.AZ xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti məlumat yayıb. Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan və Ermənistan sərhəddində şəhid olan əsgər Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı 29.12.2016-cı il tarixində Ermənistan tərəfinə müraciət edib.
“Ermənistan tərəfindən bildirlib ki, sərhəddə baş verənlərlə bağlı istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir. Ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz. Bundan başqa qəzetdə o da bildirilib ki, Azərbaycan sərhəddi pozduğunu “etiraf” etsə cəsədin qaytarılmas prosesi də sürətləndiriləcək”.
Xatırladaq ki, Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.
Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Bir müddət sonra isə onun Ermənilər tərəfindən öldürüldüyü məlum olub.
Əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edilib.