Ermənistan Azərbaycandan qorunmaq üçün bunkerlər qurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətində 10 mülki müdafiə obyekti yaradılıb. 

Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətində 10 mülki müdafiə obyekti yaradılıb.

Virtualaz.org xəbər verir ki, bunu Ermənistanın fövqəladə hallar naziri David Tonoyan parlamentdə 2016-cı il üçün dövlət büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı deyib. Onun sözlərinə görə, ötən il mülki müdafiə obyektləri-sığınacaqlar əvvəlcə 2 kənddə, daha sonra əlavə 8 kənddə yaradılıb. “Bu məntəqələr praktiki olaraq tam hazırdır, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti onların mümkün hadisələrə hazırlıq vəziyyətini yoxlayır”, – Tonoyan bildirib.