Ermənistan parlament seçkilərini izləməyə müşahidə missiyası göndərməsi üçün Azərbaycana müraciət edib.
Ermənistan parlament seçkilərini izləməyə müşahidə missiyası göndərməsi üçün Azərbaycana müraciət edib.
TİA.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, Baş nazir Karen Karapetyanın bununla bağlı məktubu bütün MDB-yə üzv ölkələrə göndərilib. Bu barədə MDB-nin icraiyyə komitəsinin birinci sədr müavini Viktor Quminskiy İrəvanda jurnalistlərə açıqlamasında deyib.
“İrəvana Azərbaycandan olan müşahidəçilər də gələcəkmi?” sualına isə belə cavab verib:
“Biz bütün ölkələrə dəvət göndərmişik. Ancaq Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarusdan olan 76 müşahidəçi müsbət cavab verib”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri aprelin 2-də keçiriləcək.