Ermənistan Respublika Partiyasının sədri Aram Sarkisyan maraqlı araşdırma aparıb.
Tribunainfo.az xəbər verir ki, o, sərhədlərin demarkasiyası zamanı Ermənistanın Azərbaycana torpaq verəcəyini bildirib.
Sarkisyan bildirib ki, hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi üçün 1974-1976-cı illərə aid xəritədən istifadə olunur. Onun sözlərinə görə, 1974-cü il xəritəsində Ermənistanın ərazisi 29400 kv.km göstərilir. “1990-cı ilin xəritəsinə əsasən bu rəqəm 29 min 743 kvadrat kilometr olub”.
Partiya sədri deyib ki, 1974-cü ilin xəritəsi əsas tutularsa, Ermənistan Azərbaycana 343 kv.km ərazi qaytarmalıdır.
Fərda Uğur