ERMƏNİSTAN-AZƏRBAYCAN PROBLEMİNƏ ÇİN ÇÖZÜMÜ…  SÜLHƏ PEKİN NAİL OLA BİLƏR…backend

ERMƏNİSTAN-AZƏRBAYCAN PROBLEMİNƏ ÇİN ÇÖZÜMÜ… SÜLHƏ PEKİN NAİL OLA BİLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası ABŞ və İsrailin Yaxın Şərqdəki maraqlarına ciddi zərbədir. Çinin dəstəyi ilə əldə olunmuş bu anlaşma ilə ABŞ və İsrailin İranı təcrid etmək cəhdi iflasa uğradı. Çin həm də bütün dünyaya göstərdi ki, o, Yaxın Şərqdə real söz sahibidir. Və ən mürəkkəb vəziyyətdən çıxış yolu tapmaq gücündədir.

Tribunainfo.az-ın məlumatına görə, bu fikirlərlə çıxış edən İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli bildirib ki, Amerika və İsrail Səudiyyə Ərəbistanı-İran anlaşmasına səssiz qalmayacaq. Onun fikrincə, birmənalı şəkildə demək olar ki, rəsmi Pekin Ermənistan və Azərbaycan qarşıdurmasının sülhlə yekunlaşmasına öz ağırlığını qoysa, məsələ müsbət həllini tapa bilər:

“Düşünün ki, Səudiyyə Ərəbistanı-İran ziddiyyətləri fonunda Ermənistan-Azərbaycan ziddiyyətləri miqyas və çəki baxımından ciddi şəkildə geridə qalır. Əminəm ki, Çin bu işə əl qoysa, problemi birdəfəlik həll edə bilər. Çünki Azərbaycanın da, xüsusən Ermənistanın da Çin kapitalına əşədü-ehtiyacı var…

İran heç. İranda moll rejimi qurulandan Amerikanın bu dövlətlə problemi var. Bəs Səudiyyə Ərəbistanı nədən ABŞ-ın başı üzərindən belə bir iş gördü? Çünki ABŞ Səudiyyə Ərəbistanına yuxarıdan aşağı baxmağa başladı. Co Bayden isə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı dəfələrlə aşağıladı”.

E.Həsənli bildirib ki, Çin güclü faktordur:

“Donald Tramp ikici dəfə prezident seçkisinə baş vuranda Avropa Birliyi ABŞ-la danışıqları dayandırdı. Onlar açıq şəkildə bəyan edirdilər ki, əgər Donald Tramp yenidən prezident seçilsə, Avropa Birliyi ABŞ-dan uzaqlaşacaq və Çinlə ilişkilərini daha da dərinləşdirəcək. Niyə belə deyirdilər? Çünki Donald Tramp Avropa Birliyi ilə Amerikanın müstəmləkəsi kimi davranırdı…

Çin güclüdür, getdikcə də güclənəcək. Ona görə də Azərbaycan bu faktoru nəzərə almalıdır. Elə alır da. Xüsusən, Pakistan üzərindən Çinlə daha sıx münasibətlər qura bilmişik. Ermənistan isə yanlış olaraq Hindistanın ətəyindən yapışıb”.