Ermənistan atəşkəsi pozur, yoxsa “atan kazaklar”dı?

Ermənistan atəşkəsi pozur, yoxsa “atan kazaklar”dı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəs pozuldu. Tribunainfo.az bildirir ki, Ermənistan ordusu sülh danışıqlarını pozan təxribatlara yol verdi. Rəsmi İrəvandan atəşkəsin pozulmasına dair açıqlama olmadı. Amma bu təxribatların Ermənistanın nəyinə lazım olduğu da anlaşılmazdır. Axı Paşinyan bir ay içində sülh sənədi imzalamağa hazır olduğunu açıqlayıb?! O zaman bu bəyanatdan sonra atəşkəsin pozulması faktı qeydə alınırsa, deməli, erməni ordusunda
“5-ci kolon”un təlimatlarını yerinə yetirənlər var. Yəni “atan kazaklardı” məsəli aktualdır. İstisna deyil ki, sərhəddə olan “Yekrapa” üzvləri atəş açırlar. Nenkin And istiqamətində də atəşkəs pozulanda məlum olmuşdu ki, Ordumuzun məhv etdiyi erməni hərbçiləri “Yekrapa” döyüşçüləri olublar. Həmin vaxt Ermənistan rəsmiləri ittiham etmişdilər ki, Nenkin Anda avropalı müşahidəçilər buraxılmır və o ərazidə rus sərhədçiləri var. Yəni bununla İrəvan atəşkəsi pozan qüvvələrin kimliyinə işarə etmişdi. Son hadisələrdə də ordu içindəki kənar gücün iştirakı real görünür. Məqsəd sülh gündəliyinə zərbə vurmaq, regionda gərginliyi artırmaq, eskalasiya həddinə çatdırmaq və danışıqları tormozlamaqdır. Bunu da ikitərəfli sülh danışıqlarını istəməyən kənar güc edə bilər. Fransanın İrəvana silah verməsi fonunda atəşkəsin pozulması da diqqətdən kənar qala bilməz. Yəni bölgə uğrunda yarışan qüvvələrin Ermənistan hakimiyyəti və ordusu üzərindən təxribatları mümkündür.

 

 

Roman