Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının başa çatması və real sənədin imzalanması mərhələsinə keçməsi İrəvandakı revanşistləri ciddi narahat etməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, prosesə təkcə siyasətçilər deyil, eləcə də QHT nümayəndələri münasibə bildirirlər.
Erməni hüquq müdafiəçisi Ruben Melikyan iddia edib ki, bununla prosesə nöqtə qoyulur. “Artıq fakt kimi qeyd etmək olar ki, Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyəyə məxsusdur”.