Ermənistan Aİ Şurasının dekabrın 4-də məhdudlaşdırıcı tədbirlərlə bağlı qərarına qoşulmayıb.
Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
“Xarici siyasət prioritetlərinə əsaslanaraq və Aİ ilə tərəfdaşlıq çərçivəsində Ermənistan Aİ-nin bəyanatlarını nəzərdən keçirir və tez-tez onlara qoşulur, orada qaldırılan məsələlərə öz dəstəyini və həmrəyliyini nümayiş etdirir. Konkret olaraq, Aİ Şurasının 17 dekabr tarixli mesajından da göründüyü kimi, Ermənistan Aİ Şurasının 4 dekabr (2023/2721) məhdudlaşdırıcı tədbirlərlə bağlı qərarına qoşulmayıb”, – Badalyan vurğulayıb.