ERMƏNİSTAN ABŞ-LA BİRGƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIR

ERMƏNİSTAN ABŞ-LA BİRGƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təlimlərin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasıdır.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Sentyabrın 11-dən 20-dək Ermənistanda EAGLE PARTNER 2023 adlı erməni-amerikan birgə hərbi təlimləri keçiriləcək.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, təlimlər Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının “Zar” təlim mərkəzinin bazasında beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçiriləcək.

Müdafiə Nazirliyi vurğulayır ki, təlimlərin keçirilməsində məqsəd sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən döyüş hazırlığının artırılmasıdır.

Qeyd edək ki, Ermənistan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir, eyni zamanda Avro-Atlantika Tərəfdaşlıq Şurasının üzvüdür və burada fərdi tərəfdaşlıq fəaliyyət planlarını həyata keçirir.