ABŞ Konqresinin Nyu-Cersi ştatından olan ermənipərəst senatoru Robert Menendez vəzifəsindən istefa verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Demokratlar Partiyasının Senatdakı bəyanatında deyilir.
ABŞ-da məhkəmə tərəfindən korrupsiyada təqsirli bilinən senator Robert Menendez artıq istefa ərizəsini təqdim edib.
Xatırladaq ki, o, bir neçə il Senatın xarici əlaqələr komitəsin sədri vəzifəsini də icra edib. Bildirilir ki, ermənipərəst senator geniş sxem yaradaraq yüz minlərlə dollar nağd pul, dəbdəbəli avtomobil və xalis qızıl külçələri müqabilində ofisini xarici güclərə və vicdansız iş adamlarına satıb. O, korrupsiya işində bütün maddələr üzrə təqsirli bilinib. Andlılar məhkəməsinin qərarı demokrat Menendezi federal cinayətdə təqsirli bilinən yeddinci ABŞ senatoru edir.