“ERMƏNİLƏRLƏ TÜRKLƏR BİRLİKDƏ YAŞAYA BİLMƏZLƏR” – QARABAĞI TƏRK EDƏN ERMƏNİ

“ERMƏNİLƏRLƏ TÜRKLƏR BİRLİKDƏ YAŞAYA BİLMƏZLƏR” – QARABAĞI TƏRK EDƏN ERMƏNİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Qarabağı tərk etdik. Çox istərdik ki, baş verənlər olmasın, amma oldu. Bizə qızıl dağlar vəd edəcəklər, deyəcəklər ki, yaxşı olacaqsan, hər şey yaxşı olacaq, yaxşı yaşayacaqsan, amma təbii ki, belə olmayacaq. Bütün bunlardan sonra ermənilərlə türklərin bir yerdə yaşayacağına inanmıram, təsəvvür edə bilmirəm”. Tribunainfo.az xəbər verir ki, Gorusda “Hraparak”la söhbətində bu barədə Qarabağı tərk edən erməni danışıb.

Onun sözlərinə görə, “mən artıq 70 yaşlı kişiyəm və buna qətiyyən inanmıram. Bəli, onlarla yaşaya biləcəyimizə inanmıram. Hökumətin xalqa nə dediyini eşitməmişik. Televizor da söndürülüb, məlumatımız yox idi. Camaatı bir yerə yığıb heç olmasa bu vəziyyətdə nə etməli olduğumuzu deməliydilər”, – deyə o əlavə edib.