Mətbuatdan oxuduğunuz kimi Rusiya həbsxanasında erməni diasporunun bu ölkədəki tanınmış təmsilçilərindən biri 68 yaşlı Levon Ayrapetyan vəfat edib.
Mətbuatdan oxuduğunuz kimi Rusiya həbsxanasında erməni diasporunun bu ölkədəki tanınmış təmsilçilərindən biri 68 yaşlı Levon Ayrapetyan vəfat edib. Ermənilərin ən önəmli vərdişlərindən biri oğurluqdur ki, Ayrapetyan da bu “ənənə”ni unutmayıb. Qeyd edək ki, 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinən Ayrapetyan 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum edilib.
O, keçmiş jurnalistdir, Rusiyanın məşhur nəşrlərində çalışıb. SSRİ-nin son illərində biznesə girişib və o qədər varlanıb ki, erməni diasporunun Rusiyadakı ən güclü fiqurlarından birinə çevrilib. Dağlıq Qarabağdakı qondarma rejimi maliyyələşdirən əsas simalardan biri məhz Ayrapetyan idi.Müsahibələrinin birində deyirdi: “Biznesə Qarabağ ermənilərinə kömək etmək üçün girişdim.
Müharibə başladıqda Qarabağdakı ermənilərə silah və sursat çatdırmaq lazım idi”. Ayrapetyan həmçinin Şuşada erməni kilsəsinin tikintisini maliyyələşdirən şəxsdir. İki gündür erməni mətbuatı ağlaşma quraraq onun ölümündə Rusiyanı ittiham edir. Erməni mətbuatı iddia edir ki, onun onkoloji xəstə və ürəyində problemləri olması faktı təsdiqlənmişdi. Buna görə Ayrapetyan öz evində cəza müddətini başa vurmalı idi. Ayrapetyan kimi hazırda onlarla erməni biznesmeni var ki, Qarabağ ermənilərinə dayanmadan yardım edir. Onların təhsil alması, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər erməni lobbisinin prioritetinə çevrilib.
Məsələn, Amerikada yaşayan Kirk Kirkoryan adlı erməni iş adamı qondarma Dağlıq Qarabağ və Ermənistana 5 milyard dollar vəsait xərcləmişdi.Onun ölən zaman 4.2 milyardlıq sərvəti idi. İndi isə gəlin, özümüzə nəzər salaq. Hər gün kitab nəşr etmək istəyən, xaricdə təhsil almaq istəyən onlarla insanın bu barədə sosial şəbəkələrdə yazdıqlarının şahidi oluram. Bizim xaricdə yaşayan biznesmenlərimiz belə gənclərə heç vaxt yardım etmir. Etdikləri zamanda bunun reklam olunmasına çalışırlar. Xaricdə yaşayan imkanlı iş adamlarımız daha çox səhnəmizdə olan bəzi “müğənilər”imizə “sponsor”luq edirlər. Belə müğənnilərə tez-tez ev və ya bahalı maşınlar hədiyyə olunur. Halbuki, həmin pullarla Qarabağ həqiqətlərini əks etdirən neçə əsərlər yazıla bilər, filmlər çəkilər, neçə gənc xaricdə təhsil ala bilər və vətənə ali savadlı mütəxəssis kimi geri dönər .Bax, erməni ilə aramızda olan əsas fərq budur. Onların hər biri öz xalqı üçün çalışır. Biz isə xalqı deyil, özümüzü düşünürük.
NÜŞABƏ