Ermənilərin yolu bu kəndimizdən keçir – FOTO

Ermənilərin yolu bu kəndimizdən keçir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Azərbaycanın Qafan və Gorus şəhərlərini birləşdirən trassın 3.7 kilometrlik hissəsi Eyvazlı kəndinin qalıqlarından keçir. İşğalçılar tərəfindən darmadağan edilmiş bu kənd Qubadlı rayonunun Ermənistana ən yaxın yaşayış məntəqəsi sayıla bilər.

Keçən əsrin əvvəllərində Yuxarı və Aşağı Eyvazlı hissələrinə bölünmüş kəndin inzibati ərazisindən Bazarçay axır. 1993-cü ildə kənd erməni terror birləşmələri tərəfindən işğal olunaraq tamamilə dağıdılmış, xarabalığa çevrilmişdi.

Hazırda Eyvazlı kəndindən keçən şossenin üzərində Azərbaycanın sərhəd və gömrük xidmətlərinin nəzarət-buraxılış postları qurulub, müasir yanacaqdoldurulma stansiyası fəaliyyət göstərir.

Ümid edirik ki, yaxın zamanlarda Eyvazlının sakinləri yenidən doğma ocaqlarına qayıdaraq, bu cənnət məkanı dirçəldə biləcəklər…


AzVision.az