Ermənilərin yeni bəhanəsi: “Azərbaycanlılar Borçalıya qayıtsın”backend

Ermənilərin yeni bəhanəsi: “Azərbaycanlılar Borçalıya qayıtsın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı verdiyi açıqlamalar Ermənistanda isterikaya səbəb olub. Tribunainfo.az xəbər verir ki, erməni ekspertlərin əksəriyyəti hesab edirlər ki, bu, azərbaycanlıların Zəngəzur və Göycəyə köçürülməsinin siqnalıdır.
Ermənistan parlamentinin keçmiş deputat Mane Tandelyan isə sözün həqiqi mənasında nəinki tarixi faktları təhrif edib, həm də əsassız fikirlər irəli sürüb. O deyib ki, əgər azərbaycanlılar Ermənistana köçürülərsə, 260 min erməni də Azərbaycana köçürülməlidir. Onun iddiasına görə, guya, 1989-cu ildən sonra Azərbaycandan bu qədər erməni qaçıb.
Tandelyan bundan başqa, Gürcüstanda yaşayan azərbaycanlıların da bir qisminin Azərbaycana köçdüyünü və onların da geri qaytarılmasının vacib olduğunu, habelə bu prosesi Qərbi Azərbaycandan azərbaycanlıların eportasiyası ilə eyniləşdirib.
Halbuki Gürcüstandan Azərbaycana zor gücünə qaçan şəxs olmayıb. Yəni, Borçalıdan deportasiya problemi yaşanmayıb. Ermənistandan isə azərbaycanlılar zor gücünə, silah tətybiq etməklə çıxarılıb ki, bunu da digər məsələlərlə qarışdırmaq olmaz.
Erməni deputat sonda onu da deyib ki, “Azərbaycan Respublikası vətəndaşları heç vaxt Ermənistan ərazisində yaşamayıb”.
Təbii ki, Azərbaycan Respublikasının vətəndaşları Ermənistanda yaşamayıb. Heç Ermənistan Respublikasının da vətəndaşı Azərbaycanda yaşamayıb. Söhbət Ermənistanda, qədim Azərbaycan torpaqlarına yaşayan həmvətənlərimizdən gedir ki, Tandeliyan qəsdən bu iki məsələni qarışdırır.