Ermənilərin yaraladığı qadının son vəziyyəti – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün ermənlərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası alan, hərbi hospitala çatdırılaraq əməliyyata götürülən 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının səhhəti hazırda stabildir. 

Bunu Report-a Fizuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

O bildirib ki, döş qəfəsinin qəlpə yarası diaqnozu ilə əməliyyata götürülən xəstənin həyati üçün heç bir təhlükə yoxdur: “Bir-iki gündən sonra xəstə bizim xəstəxanaya gətiriləcək. Hesab edirəm ki, bir həftəlik müalicədən sonra hətta evə də yazıla bilər”.

Qeyd edək ki, Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.