Ermənistanda hökumət Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırıb, dümənçilik mərhələsini geridə qoymaq istəyir.
Tribunainfo.az xəbər verir ki, baş nazir Nikol Paşinyanın bununla bağlı verdiyi son açıqlamalar da belə düşünməyə əsas verir.
Lakin revanşistlər heç bir şəkildə münasibətlərin normallaşmasını, əlaqələrin bərpasını və sülh sazişinin imzalanmasını istəmirlər. Elə təbliğatlarını da bu yöndə qururlar.
Son günlər isə bu yöndə “türk düşmənçiliyi” mövzusunu xüsusi qabartmağa çalışırlar. Ermənistanda sağalmaz xəstəlik şəklini almış bu təbliğatı davam etdirənlərdən biri siyasətçi Samvel Akopyan deyib ki, Azərbaycan və Türkiyə onların ən birinci “düşməni”dirlər. “Bizi inandırmaq istəyirlər ki, türk bizim dostumuzdur. Halbuki ən böyük düşmənimiz onlardır”.
Fərda Uğur