Mayın 15-də Azərbaycan Ordusunun cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksini məhv etməsindən sonra fəallaşan erməni separatçıları yaşayış məntəqələrimizi atəşə tutur.
Mayın 15-də Azərbaycan Ordusunun cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksini məhv etməsindən sonra fəallaşan erməni separatçıları yaşayış məntəqələrimizi atəşə tutur.
Azərbaycan ordusu ilə rəqabətə davam gətirə bilməyəcəyini anlayan ermənilər mülki vətəndaşların yaşadığı yerləri atəşə tutaraq, yenə öz şantajçı xislətinə sadiq qalır. Təbii ki, Ermənistan tərəfini narahat edən məsələlərdən biri də may ayında verdiyi itkilərdir.
Axar.az yalnız son 17 gün ərzində erməni tərəfinin verdiyi itkilərlə bağlı öz məlumatını təqdim edir:
Mayın 8-də Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistan ordusunun 3 əsgəri – Ruben Mnatsakanoviç Barseqyan (1998), Rafael Arturoviç Bişaryan (1997) və Ruben Ovannesoviç Mnatsakanyan (1998) “Villis” markalı avtomobillə gölə düşərək boğulublar.
Mayın 10-da Ermənistan Silahlı Qüvvələrinin kiçik çavuşu Qaqik Aruşeviç Mesropyan hərbçi yoldaşını qətlə yetirib.
Mayın 14-də Dağlıq Qarabağda atəşkəs rejimini pozan erməni hərbçi Arşak Arşakyan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilib.
Mayın 17-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Qrişa Karapetyan döyüş mövqeyində aldığı güllə yarasından ölüb.
Mayın 4-də Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətinin Çoratan kəndində erməni muzdlu əsgər Şiraz Saakyan minaya düşüb və onun bir ayağı amputasiya edilib.
May 14-də Dağlıq Qarabağda Ermənistanın “Şant” telekanalında çalışdığı iddia edilən təxribatçı “operator”, əslində isə erməni təxribatçı qrupunun üzvü David Atoyan ordumuzun açdığı atəş nəticəsində yaralanıb və İrəvanda xəstəxanaya yerləşdirilib.
Mayın 15-də Azərbaycan ordusunun cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus OSA zenit-raket kompleksini vuran zaman 5 nəfərlik heyət məhv edilib. Ermənistan hələlik bu itkisini etiraf etməkdən çəkinir.
Qeyd edək ki, bu, erməni mediasının yaydığı məlumatdır. Ermənistanın cəbhədə verdiyi itkiləri hər zaman gizlətdiyini isə erməni mətbuatı dəfələrlə qeyd edib.