Erməni mediası indi də yalan propoqanda aparır ki, antiterror tədbirləri zamanı guya Ordumuz onları “mədəni irsini” dağıdıb. Tribunainfo.az bildirir ki, hərbçimizin atəş açması görüntülərini yayıblar və orada heç bir abidəyə zərbə endirilməsi əksini tapmır.
Ermənilərin Qafqaz İrsini Mühafizə Təşkilatının dərc etdiyi video ilə bağlı qeyd olunur ki, Azərbaycan əsgərləri Kəlbəcərin Çərəkdar kəndində guya XIII əsrə aid erməni monastırını iriçaplı atıcı silahlardan və zirehli transportyorlardan atəşə tutub. Təbii ki, informasiya müharibəsində biabır olan ermənilərin növbəti uydurmasıdır. Əvvəla, Kəlbəcərdə 13-cü əsrə aid erməni monastrı nə gəzir? İkincisi, əsgərimiz monastrı deyil, terrorçunu nişan alır. Dini və mədəni abidələri dağıtmaq, məscidlərdə donuz saxlamaq, dinc insanları qətlə yetirmək özlərinə xas hərəkətlərdir.