“ERMƏNİLƏRİN QARABAQDAN KÜTLƏVİ KÖÇÜNÜ RUSİYA TƏLƏB EDİR”

“ERMƏNİLƏRİN QARABAQDAN KÜTLƏVİ KÖÇÜNÜ RUSİYA TƏLƏB EDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin kütləvi və mütəşəkkül şəkildə Azərbaycanı tərk etməsinin arxasında Rusiya amili dayanıb. Rusiyanın istəyi odur ki, Qarabağ onsuz da əldən çıxıb, heç olmasa Qarabağ ermənilərinin əli ilə İrəvanda Nikol Paşinyanı devirək. Sonrasına da baxarıq…

Tribunainfo.az yazır ki, bu barədə fikir bildirən İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənlinin sözlərinə görə, Qarabağ erməniləri arasında vəzifədə olanların demək olar ki, hamısı Rusiyanın adamıdır. Onlar da Rusiyanın göstərişi əsasında erməniləri köçməyə təhrik edirlər:

“Rusiya özü bilər. Azərbaycan isə çalışmalıdır ki, Qarabağ ermənilərinin kütləvi köçü zamanı xoşagəlməz hadisələr baş verməsin. Azərbaycanı tərk edən ermənilərlə mümkün qədər nəzakətlə davranmaq lazımdır. Qalanlarla da həmçinin. Dövlət maraqları belə tələb edir. Elə etməliyik ki, beynəlxalq səviyyədə qarşılaşacağımız ittihamları alt-üst edə biləcək davranış bütün çılpaqlığı ilə ortada olsun. Elə aradan çıxan ermənilər də görsün ki, azərbaycanlılar erməni təbliğatının iblisə çevirdiyi obraza qətiyyən uyğun gəlmir”.