Ermənistan müxalifəti uzun illər “çörək yeri” olan Qarabağ məsələsindən əl çəkmir. Tribunainfo.az xəbər verir ki, xüsusən də Robert Koçaryanın partiyadaşları bu mövzunu “çevir tatı, vur tatı”ya çevirib.
“Haystan” blokundan olan deputat Armen Rüstəmyan bildirib ki, onlar ermənilərin Qarabağa qayıtması üçün cəhdlər edirlər. “Biz kollektiv qayıdış məsələsini irəli sürəcəyik. Qarabağ ermənilərinin qaytarılması məsələsini həll etmək üçün bütün əsaslar var”.
Onun sözlərinə görə, Ermənistan Qarabağ ermənilərinə müvəqqəti status verilməlidir. “Bu, onların qayıdışı, mahiyyətcə köçü başladan proses təhlükə altında olmaması üçün lazımdır”.
Rüstəmyan bununla da yetinməyib və iddia edib ki, Azərbaycana təzyiq göstərmək lazımdır. “Bunun üçün Ermənistanın beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı var”.