Türkiyə hərbçilərinin Bakıya gəlişi və bir sıra görüşlər keçirməsi ermənilərin kürkünə birə salıb. Tribunainfo.az xəbər verir ki, son 3 gündə erməni mediasında bu mövzuda onlarla məqalə və xəbər dərc olunub.
Kürkünə birə düşənlərdən biri də ekspert Qriqor Balasanyandır. Qatı anti-Azərbaycançı olan Balasanyan iddia edir ki, türk generallar Bakıya çay içmək üçün gəlməyiblər. “Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycandadır. Ora çay içməyə getdiklərini düşünmürəm”.
Onun sözlərinə görə, guya, Azərbaycan gözünü Zəngəzura dikib. “Hamımız bilirik ki, azərbaycanlıların gözü Sünikdədir. Deyirlər, ora Qərbi Azərbaycandır. Və belə gedişlə oraya da yerləşəcəklər”.